İranın BMT-dəki nümayəndəsi dəyişib

Məcid Təxtrəvançi və Səid İrəvani

© APA | Məcid Təxtrəvançi və Səid İrəvani

# 24 iyul 2022 12:28 (UTC +04:00)

İranın BMT-dəki nümayəndəsi, səfir Məcid Təxtrəvançinin missiyası başa çatıb.

APA-nın Tehran bürosunun məlumatına görə, onu bu vəzifədə Səid İrəvani əvəz edəcək.

Səid İrəvani bundan öncə İranın İraqdakı müvəqqəti işlər vəkili, Xarici Əlaqələr üzrə Strateji Şuranın katibi, Ali Milli Təhlükəsizlik Şurası Katibliyinin beynəlxalq təhlükəsizlik və xarici siyasət üzrə müavini kimi vəzifələrdə çalışıb.

O, Nyu-Yorkda missiyasının başlaması ərəfəsində, İran prezidenti İbrahim Rəisi ilə görüşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR