İranın energetika naziri Urmiya gölündə vəziyyətlə tanış olub

İranın energetika naziri Əli Əkbər Mehrabian

© APA | İranın energetika naziri Əli Əkbər Mehrabian

# 23 iyul 2022 10:07 (UTC +04:00)

İranın energetika naziri Əli Əkbər Mehrabianın başçılıq etdiyi nümayəndə heyəti Urmiya gölünün vəziyyətini araşdırmaq üçün İranın Qərbi Azərbaycan əyalətinə səfər edib.

APA-nın Tehran bürosu xəbər verir ki, nazir və nümayəndə heyəti vertolyotla Urmiya gölü üzərində onun durumu ilə tanış olub.

Nazir Urmiya gölünün bərpası üçün tikilməkdə olan tunel və su borusu kəmərinə baxış keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR