İranın İsfahan hava limanında təyyarə qəza enişi edib, xəsarət alanlar var

İranın İsfahan hava limanında təyyarə qəza enişi edib, xəsarət alanlar var
# 05 yanvar 2022 23:42 (UTC +04:00)

İranın Məşhəd şəhərindən İsfahana uçan təyyarə qəza enişi edib.

APA-nın Tehran bürosunun məlumatına görə, göyərtəsində 110 sərnişin olan təyyarə bu gün yerli vaxtla saat 17:03 radələrində İsfahan hava limanında eniş edərkən sol təkərində yaranmış texniki nasazlıq təyyarənin eniş zolağından çıxmasına səbəb olub.

Məlumata görə, sərnişinlərdən 3 nəfər xəsarət alıb, digər sərnişinlər təcili təxliyə olunub. Hadisənin başvermə səbəblərini araşdırmaq üçün Tehrandan İsfahana xüsusi təhqiqat qrupu ezam olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR