İranın Mehabad şəhərində mülki əhaliyə atəş açılıb, 11 nəfər ölüb - VİDEO

İranın Mehabad şəhərində mülki əhaliyə atəş açılıb, 11 nəfər ölüb - VİDEO
# 21 noyabr 2022 16:07 (UTC +04:00)

İranın hökumət qüvvələri Mehabad şəhərində mülki əhaliyə atəş açıblar.

APA-nın İrandakı mənbələrdən əldə etdiyi məlumata görə, hökumət qüvvələrinin hücumu nəticəsində 11 nəfər ölüb.

Millət vəkili Cəlal Mahmudzadə İranın yerli “ Etimad” qəzetinə açıqlamasında bildirib ki, hökumət qüvvələri nəinki aksiyada iştirakçılarına, həmçinin evlərə də atəş açıblar: "Bunun nəticəsində evdə olan, heç bir etiraz aksiyasına qoşulmayan mülkilər də həlak olub”.

APA-nın İrandakı qaynaqlardan əldə etdiyi məlumata görə, hazırda Cavanrud, Üşnəviyə, Sərdəşt, Bukan yaşayış məntəqələrində də hökumət qüvvələrinin yerli əhaliyə hücumu nəticəsində ölən və yaralananlar var.

Qeyd edək ki, Mehabad qədim türk şəhəridir, onun tarixi adı Soyuq Bulaq olub. İranın həyata keçirdiyi farslaşdırma siyasəti nəticəsində şəhərin adı dəyişdirilərək, Mehabad adlandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR