İranın müvəqqəti işlər vəkili Avstraliya XİN-ə çağırılıb

İranın müvəqqəti işlər vəkili Avstraliya XİN-ə çağırılıb
# 22 noyabr 2022 15:09 (UTC +04:00)

İranın müvəqqəti işlər vəkili Avstraliya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

APA-nın Tehran bürosu xəbər verir ki, bu barədə Avstraliyanın xarici işlər naziri Penni Vonq özünün “Twitter” səhifəsində bildirib.

O qeyd edib ki, Avstraliya hökuməti etirazların şokedici şəkildə yatırılmasına görə İran diplomatını yenidən çağırıb.

Nazir, İrandakı etirazlara dəstək olaraq deyib: “Biz beynəlxalq tərəfdaşlarımızla və hökumət daxilində İranın insan haqlarını pozduğuna görə, ona təzyiqləri artırmaq üçün çalışmağa davam edəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR