İranın nüvə proqramı üzrə müzakirələr Körfəz ölkələrindən birində keçiriləcək

Səid Xətibzadə

© APA | Səid Xətibzadə

# 27 iyun 2022 11:40 (UTC +04:00)

Hərtərəfli Birgə Fəaliyyət Planı ilə bağlı müzakirələr yaxın günlərdə Körfəz ölkələrindən birində keçiriləcək.

APA-nın Tehran bürosu xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Səid Xətibzadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, müzakirələrin keçiriləcəyi yerlə bağlı yaxın gələcəkdə qərar qəbul olunacaq.

Səid Xətibzadə vurğulayıb ki, ABŞ Hərtərəfli Birgə Fəaliyyət Planının tələblərinə əməl edəcəyinə söz verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR