İranın sabiq naziri Rüstəm Qasemi vəfat edib

Rüstəm Qasemi

© APA | Rüstəm Qasemi

# 08 dekabr 2022 12:17 (UTC +04:00)

İranın sabiq yol və şəhərsalma naziri Rüstəm Qasemi vəfat edib.

APA xəbər verir ki, bu barədə İSNA məlumat yayıb.

Onun uzun sürən xəstəlikdən vəfat etdiyi bildirilir.

Qeyd edək ki, bir müddət əvvəl İran Prezidenti İbrahim Rəisi Rüstəm Qaseminin istefa ərizəsini qəbul edib.

Xatırladaq ki, Rüstəm Qasemi İran–Azərbaycan Hökumətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR