İranın xarici işlər naziri: "ABŞ İranın qırmızı xətlərini bilir"

İranın xarici işlər naziri: "ABŞ İranın qırmızı xətlərini bilir"
# 03 may 2022 15:25 (UTC +04:00)

Vyana müzakirələri dayandırılmayıb və başqa bir formatda ABŞ və İran arasında məktublaşmaqla davam etdirilir.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın xarici işlər naziri Hüseyn Əmirabdullahiyan deyib.

H.Əmirabdullahiyan deyib ki, məktublaşma Avropa İttifaqının Vyana müzakirələrindəki nümayəndəsi vasitəsilə aparılır: "Bu müzakirələrdə hədəfimiz güclü və davamlı razılıq əldə etməkdir. ABŞ İranın qırmızı xətlərini bilir. Müzakirələri davam etdirəcəyik, razılıq əldə olunarsa nümayəndəmiz Vyanada son razılaşmanı imzalayacaq."

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR