İranın Yəməndəki səfiri COVID-19-dan ölüb

Həsən İrlou

© APA | Həsən İrlou

# 21 dekabr 2021 12:08 (UTC +04:00)

İranın Yəməndəki səfiri Həsən İrlou COVID-19-dan ölüb.

APA-nın xəbərinə görə, bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, ötən həftə iranlı diplomatın COVID-19 testi müsbət çıxıb. "İrlou işgüzar səfəri zamanı koronavirusa yoluxub və bəzi ölkələrin gecikmiş əməkdaşlığı səbəbindən təəssüf ki, o ölkəyə ağır vəziyyətdə gətirilib. Baxmayaraq ki, onun müalicəsi üçün bütün tədbirlər görülüb lakin o, bu gün səhər saatlarında dünyasını dəyişib", - deyə İran XİN bildirib.

Qeyd edək ki, dekabrın 19-da İran mediası Səna şəhərində diplomatik missiyasını yerinə yetirən səfirin Səudiyyə Ərəbistanının razılığı ilə təxliyə olunduğunu yazıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR