İranla sərhəddə Pakistan sərhədçiləri öldürülüb

İranla sərhəddə Pakistan sərhədçiləri öldürülüb
# 01 iyun 2023 14:26 (UTC +04:00)

Pakistan İranla sərhəddə terror qruplaşmanın hücumu nəticəsində iki sərhədçisinin öldürüldüyünü açıqlayıb.

APA xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələrinin media orqanı məlumat yayıb.

Bildirilib ki, hadisə Bəlucistan əyalətinin cənub-qərbindəki Keç bölgəsində baş verib.

“Bir qrup terrorçu Pakistan-İran sərhədi boyunca fəaliyyət göstərən Pakistan təhlükəsizlik qüvvələrinin postunu atəşə tutub. Terrorçulara qarşı effektiv tədbir görülməsi üçün İran tərəfi ilə lazımi əlaqə qurulur”, - məlumatda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR