İraq narkotik qaçaqmalçılığı ilə mübarizədə Suriya ilə işləməyi səbirsizliklə gözlədiyini deyir

İraq narkotik qaçaqmalçılığı ilə mübarizədə Suriya ilə işləməyi səbirsizliklə gözlədiyini deyir
# 04 iyun 2023 16:06 (UTC +04:00)

İraq hakimiyyəti Suriya ilə narkotik qaçaqmalçılığı ilə mübarizədə birgə işə ümid edir.

APA xəbər verir ki, bunu bazar günü İraqın xarici işlər naziri Fuad Hüseyn Bağdadda ikitərəfli danışıqlar başlamazdan əvvəl suriyalı həmkarı Faysal Mikdad ilə keçirdiyi mətbuat konfransında deyib.

"Suriya tərəfi ilə danışıqlar narkotik qaçaqmalçılığı ilə mübarizə üzrə birgə səylərə həsr olunub. Biz terrorizmlə mübarizə, narkotik təhlükəsinin və sanksiyaların aradan qaldırılması üçün birgə işə ümid edirik", - İraqın xarici işlər naziri bildirib.

Onun sözlərinə görə, Suriyadakı təhlükəsizlik vəziyyəti “birbaşa İraqa təsir edir və əksinə”. Konfrans “Al Hadath” telekanalı ilə yayılıb.

Hüseyn Suriyanın düşdüyü çətin humanitar vəziyyətdən çıxmasına kömək etmək üçün regional və beynəlxalq səviyyədə fəaliyyət göstərməyə çağırıb, xüsusən də Suriya qaçqınlarının qonşu ölkələrə böyük axını fonunda.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR