İraqda İŞİD-in yüksək rütbəli komandiri saxlanılıb

İraqda İŞİD-in yüksək rütbəli komandiri saxlanılıb
# 25 sentyabr 2023 19:38 (UTC +04:00)

İraq Təhlükəsizlik Xidməti Kərkük vilayətində antiterror əməliyyatı keçirib.

APA xəbər verir ki, bu barədə İraq Təhlükəsizlik Xidmətinin “X” səhifəsində bildirilib.

Məlumata görə, əməliyyat nəticəsində İŞİD terror təşkilatının yüksək rütbəli komandiri Əbu Bahari saxlanılıb.

Antiterror əməliyyatı Baş nazir Məhəmməd əs-Sudaninin göstərişi ilə həyata keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR