İraqda qaz partlaması nəticəsində 4 nəfər ölüb

İraqda qaz partlaması nəticəsində 4 nəfər ölüb
# 22 noyabr 2022 03:47 (UTC +04:00)

İraqın şimalındakı Daxux şəhərində qaz partlaması 4 nəfərin ölümü ilə nəticələnib.

APA xəbər verir ki, bu barədə İraq polisi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, tələbə yataqxanasında baş verən qaz partlayışında 4 nəfər ölüb, 20 nəfər yaralanıb. Dağıntılar altında qalanların olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR