İraqın baş naziri İran prezidenti ilə görüşüb

İraqın baş naziri İran prezidenti ilə görüşüb
# 26 iyun 2022 19:06 (UTC +04:00)

Tehranda səfərdə olan İraqın baş naziri Mustafa Əl-Kazimi İran prezidenti İbrahim Rəisi ilə görüşüb.

APA-nın Tehran bürosunun məlumatına görə, İ.Rəisi bildirib ki, İran qonşu ölkələr arasında İraqla ən sıx əməkdaşlıq edir: "Yad qüvvələrin müdaxiləsi regiondakı problemləri həll etmir, bəlkə problemləri daha da artırır."

İ.Rəisi deyib ki, İran və İraq iqtisadi və ticarət sahəsində əməkdaşlıqlarını inkişaf etdirməyə razılaşıblar.

Şələmçə və Bəsrə dəmir yolunun birləşdirilməsi layihəsinin tezləşdirilməsi haqqında qərar qəbul olunub.

Görüşdə M.Əl-Kazimi deyib ki, İraq Ərbəin günlərində bütün gücümüzlə zəvvarların xidmətində duracağıq.

Beləliklə, zəvvarların sərhəd -keçid məntəqələrində viza verilməsi haqqında razılıq əldə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR