İraqın şimalında 2 türk əsgəri şəhid olub, 2-si yaralanıb - FOTO - YENİLƏNİB

İraqın şimalında 2 türk əsgəri şəhid olub, 2-si yaralanıb - FOTO  - YENİLƏNİB
# 07 noyabr 2022 07:45 (UTC +04:00)

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında keçiridiyi əməliyyat nəticəsində yaralanan 3 hərbçidən biri şəhid olub.

APA xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əsgər İsmayıl Esmer həkimlərin səylərinə baxmayaraq, xəstəxanada şəhid olub.

Terrorçulara qarşı keçirilən əməliyyat nəticəsində 2 hərbçi yaralanıb.

***

06.11.2022

Saat 23:52

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında keçiridiyi əməliyyat nəticəsində bir əsgər şəhid olub.

APA xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Separatçı terror təşkilatının İraqın şimalında açdığı atəş nəticəsində əsgər Mustafa Öztürkün şəhid olduğu, 3 əsgərin isə yaralandığı bildirilir.

Türkiyə Silahlı Qüvvələri İraqın şimalından Türkiyəyə qarşı hücumları dayandırmaq üçün bölgədə iş aparır.

Nazirlikdən verilən açıqlamada yaralı əsgərlərin dərhal xəstəxanaya çatdırıldığı və müalicələrinə başlanıldığı bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR