İŞİD-in Kərkükdəki hərbi komandiri olaraq adlandırılan Əbu Mustafa öldürülüb

İŞİD-in Kərkükdəki hərbi komandiri olaraq adlandırılan Əbu Mustafa öldürülüb
# 08 oktyabr 2022 01:28 (UTC +04:00)

İraqın Kərkükü şəhərinin Vadi Zegetun bölgəsində İŞİD-ə qarşı əməliyyat keçirilib.

APA xəbər verir ki, bu barədə İraq hökumətinin Təhlükəsizlik Media Şəbəkəsindən məlumat verilib.

Açıqlamada, İŞİD-in Kərkükdəki hərbi komandiri olaraq adlandırılan Əbu Mustafa adlı terrorçu öldürülüb.

Onun gizləndiyi bunkerə havadan hücum təşkil edilib.

İraqın keçmiş baş naziri Heydər əl-Abadi 2017-ci il dekabrın 9-da İŞİD üzərində qələbə qazandığını elan edib.

Aradan 5 ilə yaxın vaxt keçməsinə baxmayaraq, bu əyalətlərin kənd yerlərində təşkilatın hücumları davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR