“İslami Cihad” radikal qruplaşmanın daha 20 fəalı saxlanılıb

“İslami Cihad” radikal qruplaşmanın daha 20 fəalı saxlanılıb
# 07 avqust 2022 10:51 (UTC +04:00)

Bu gecə İsrail təhlükəsizlik qüvvələri İordan çayının qərb sahilində “İslami Cihad” radikal qruplaşmanın 20 fəalını saxlayıb.

APA xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“Gecə saatlarında İsrail Müdafiə Qüvvələrinin bölmələri, Baş Təhlükəsizlik Xidməti (ŞABAK) və sərhəd polisi Yəhudeya və Samariyada “İslami Cihad” terror təşkilatının yaraqlılarını saxlamaq üçün antiterror tədbirləri həyata keçirib”, - məlumatda deyilir.

Ordu qeyd edib ki, həbslər xüsusilə Cenin şəhərində, Tsaida, Anaza və Rai kəndlərində, həmçinin Tulkərm qaçqın düşərgəsi ərazisində həyata keçirilib. Bu ərazilərdə ümumilikdə terrorçu olması şübhəsi ilə 6 nəfər saxlanılıb.

"Bu aksiyalar zamanı üsyançılar İsrail Müdafiə Qüvvələrinin əsgərlərinə kustar üsulla hazırlanmış partlayıcı qurğular, partlayıcı maddələr, yanan təkərlər və daşlar atıblar. Əsgərlər izdihamı dağıtmaq üçün xüsusi texnikadan istifadə etməklə cavab veriblər", - mətbuat xidməti bildirib.

Nablus şəhərində İslami Cihad fəaliyyətlərində iştirakda şübhəli bilinən daha üç nəfər saxlanılıb. Ordunun bildirdiyinə görə, orada İsrail təhlükəsizlik qüvvələri də əsgərlərə daş ataraq onlara atəş açan yerli sakinlərin müqaviməti ilə qarşılaşıb.

"İslami Cihad terror təşkilatının üzvü olmaqda şübhəli bilinən ümumilikdə 20-yə yaxın şəxs bu gecə Yəhudeya və Samariyada saxlanılıb. Şübhəlilər əlavə araşdırma üçün təhlükəsizlik xidmətlərinə təhvil verilib. İsrail Müdafiə Qüvvələrindən itkilər barədə məlumat verilməyib", - deyə məlumatda bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR