İsrail-ABŞ strateji tərəfdaşlığının gücləndirilməsi müzakirə edilib

İsrail-ABŞ strateji tərəfdaşlığının gücləndirilməsi müzakirə edilib
# 02 yanvar 2023 21:14 (UTC +04:00)

İsrailin yeni xarici işlər naziri Eli Koen ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığı aparıb.

APA-nın məlumatına görə, israilli nazir özünün “Twitter” səhifəsində bildirib ki, söhbət zamanı iki ölkə arasında strateji tərəfdaşlığın gücləndirilməsi müzakirə olunub.

“Mən indicə ABŞ dövlət katibi Entoni Blinkenlə danışdım. Digər məsələlərlə yanaşı, biz “İbrahim sazişləri”nin (İsrailin bir sıra ərəb ölkələri ilə münasibətləri normallaşdırmaq üçün əldə etdiyi razılaşmalar – red.) və onların genişləndirilməsinin əhəmiyyətini, eləcə də İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün birgə hərəkətləri müzakirə etdik”, - israilli nazir yazıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR