İsrail Hələb Beynəlxalq Hava Limanına raket zərbələri endirib

İsrail Hələb Beynəlxalq Hava Limanına raket zərbələri endirib
# 06 sentyabr 2022 23:32 (UTC +04:00)

İsrail ordusu Suriyanın Hələb Beynəlxalq Hava Limanının uçuş-enmə zolağına raket zərbələri endirib.

APA-nın məlumatına görə, bu barədə Suriya Müdafiə Nazirliyi məlumat yayıb.

“İsrail təxminən saat 20:16-da Aralıq dənizindən Latakiyanın qərbində, Hələb Beynəlxalq Hava Limanına çoxlu raket zərbəsi endirib, nəticədə hava limanının uçuş-enmə zolağı yararsız hala düşüb”, - deyə Suriya Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Xatırladaq ki, daha əvvəl Suriya dövlət televiziyası Hələb Hava Limanının İsrail tərəfindən atəşə tutulması barədə məlumat vermişdi.

SANA agentliyinin məlumatına görə, Suriyanın hava hücumundan müdafiə sistemləri İsrailin bir neçə raketini vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR