İsrail Hərbi Hava Qüvvələrinin hücumu nəticəsində üç suriyalı hərbçi həlak olub

İsrail Hərbi Hava Qüvvələrinin hücumu nəticəsində üç suriyalı hərbçi həlak olub
# 15 avqust 2022 05:25 (UTC +04:00)

İsrail Hərbi Hava Qüvvələrinin Dəməşqin ətrafı və Tartus əyalətinə hücumu zamanı üç suriyalı hərbçi həlak olub, bir neçəsi isə yaralanıb.

APA xəbər verir ki, bu barədə “SANA” agentliyi Suriya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Bundan əvvəl Suriyanın hava hücumundan müdafiəsi İsrail Hərbi Hava Qüvvələrinin Tartus əyalətində və Livanla sərhəddəki Qələmun dağlarında hücumunu dəf edib.

Müdafiə Nazirliyinin məlumatına görə, İsrail Hərbi Hava Qüvvələri iki istiqamətdən hücuma keçib. Dəməşqin ətrafı Beyrut tərəfdən, Tartus əyaləti isə Aralıq dənizi tərəfdən hücuma məruz qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR