İsrail prezidenti yanvarın 30-da BƏƏ-yə ilk səfərini edəcək

İsaak Herzoq

© APA | İsaak Herzoq

# 25 yanvar 2022 20:48 (UTC +04:00)

İsrail prezidenti İsaak Herzoq yanvarın 30-da Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) ikigünlük rəsmi səfər edəcək.

APA xəbər verir ki, bu barədə prezidentin ofisi məlumat yayıb.

Bildirilib ki, səfər zamanı İsaak Herzoq Əbu-Dabinin vəliəhd şahzadəsi Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşəcək.

Qeyd edək ki, İsrail prezidenti BƏƏ-yə ilk dəfə olaraq səfər edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR