İsrail Qəzza zolağına hava zərbəsi endirib

İsrail Qəzza zolağına hava zərbəsi endirib
# 04 dekabr 2022 09:21 (UTC +04:00)

İsrail Hərbi Hava Qüvvələri ötən gecə Qəzza zolağında HƏMAS-ın silah istehsalı sexinə və Qəzzanın cənubunda silahlıların istifadə etdiyi tunelə zərbə endirib.

APA-nın xəbərinə görə, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, ötən şənbə gecə Qəzza zolağından İsrail ərazisinə buraxılan raketə cavab olaraq İsrail qırıcıları ötən axşam HƏMAS-a məxsus silah istehsalı sexinə və tunelə zərbə endirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR