İsrail Türkiyədəki zəlzələdən zərərçəkmişlərə yardım üçün hərbçilər göndərir

Türkiyə - İsrail

© APA | Türkiyə - İsrail

# 06 fevral 2023 15:02 (UTC +04:00)

İsrail müdafiə ordusu (ÇAXAL) Türkiyədəki zəlzələdən zərərçəkmişlərə yardım üçün hərbçilər göndərir.

APA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (İDF) sözçüsü Aviçay Adre “Twitter”də bildirib.

“İsrail Silahlı Qüvvələrinin (ÇAXAL) əsgərləri Türkiyədə baş vermiş zəlzələdə zərərçəkmişlərin xilas edilməsinə yardım üçün yola düşməyə hazırlaşır. İsrail Baş naziri və müdafiə naziri yardım missiyasını təsdiq etdikdən sonra hazırlıq prosesləri başlanıb”, – Adre qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR