İsrail və Almaniya müdafiə nazirləri Ukraynanı müzakirə edib

Benni Qantz

© APA | Benni Qantz

# 21 aprel 2022 16:26 (UTC +04:00)

İsrail müdafiə naziri Benni Qantz və Almaniya müdafiə naziri Kristina Lamberxt arasında telefon danışığı olub.

APA xəbər verir ki, bu barədə İsrail müdafiə naziri "Twitter"də bildirib.

“Bu gün Almaniyanın müdafiə naziri Kristina Lambrextlə Ukraynaya və onun vətəndaşlarına dəstək üçün beynəlxalq səyləri müzakirə etdik. Biz həmçinin ikitərəfli müdafiə və sənaye əməkdaşlığının genişləndirilməsi yollarını müzakirə etdik və tezliklə İsraildə görüşməyə razılaşdıq”, - nazir qeyd edib.

Benni Qantz bildirib ki, o, almaniyalı həmkarı ilə İranla davam edən nüvə danışıqlarını da müzakirə edib: “Mən vurğuladım ki, İsrail özünü mümkün təhlükədən müdafiə etməyə hazırlaşarkən həm də öz tərəfdaşlarını dəstəkləyəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR