İsrailin Baş naziri müxalifət lideri ilə İranın nüvə proqramını müzakirə ediblər

İsrailin Baş naziri müxalifət lideri ilə İranın nüvə proqramını müzakirə ediblər
# 29 avqust 2022 18:54 (UTC +04:00)

İsrailin müxalifət və iqtidar liderləri İranın nüvə proqramını müzakirə ediblər.

APA xəbər verir ki, bu barədə İsrail Baş naziri Yair Lapid "Twitter"də bildirib.

"Mən müxalifət lideri Netanyahuya İranla nüvə razılaşması, İsrailin bu məsələyə təsir etmək üçün apardığı siyasi və təhlükəsizlik fəaliyyətləri və digər milli təhlükəsizlik məsələləri barədə məlumat verdim. Milli təhlükəsizlik məsələlərində müxalifət və koalisiya yoxdur. İsrail güclüdür və bizə zərər verməyə çalışanlara qarşı öz təhlükəsizlik maraqlarını qorumaq üçün birlikdə hərəkət edəcək", İsrail hökumət başçısı bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR