İsrailin baş naziri Qəzza zolağındakı əməliyyatın nəticəsindən danışıb

İsrailin baş naziri Qəzza zolağındakı əməliyyatın nəticəsindən danışıb
# 07 avqust 2022 20:39 (UTC +04:00)

İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağında İslami Cihad terror qruplaşmasına qarşı başlatdığı “Sübh” əməliyyatı məqsədlərinə çatıb.

APA-nın məlumatına görə, bunu İsrailin baş naziri Yair Lapid ölkənin cənub bələdiyyələrinin rəhbərləri ilə görüşündə deyib.

Baş nazir bildirib ki, əməliyyatı davam etdirməyin mənası yoxdur.

Bu gün İsrail və Fələstin Misirin vasitəçiliyi ilə atəşkəs haqqında razılığa gəliblər.

Atəşkəs yerli vaxtla saat 20:00-da qüvvəyə minəcək.

Xatırladaq ki. İsrail ordusu avqustun 5-də hərbi əməliyyata başlayıb. Nəticədə İslami Cihadın iki komandiri Xalid Mənsur və Təysir əl-Cəbari öldürülüb. Buna cavab olaraq İsrailə 580-dən çox raket atılıb. Qəzza zolağının ətrafındakı 80 kilometrlik zonada fövqəladə vəziyyət elan edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR