İstanbulda güclü leysan ciddi fəsadlara səbəb olub

İstanbulda güclü leysan ciddi fəsadlara səbəb olub
# 12 iyun 2019 17:31 (UTC +04:00)

İstanbulda yağan güclü leysan yağışları ciddi fəsadlara yol açıb.

APA-nın "Milliyət"ə istinadən verdiyi xəbərə görə, leysan nəticəsində şəhərin bəzi hissələrində avtomobillər su altında qalıb, bir evin damına ildırım düşüb.

İstanbulun Pendik, Qartal və Maltəpə rayonlarında yeraltı keçidləri və binaları su basıb. Pendikdə uşaq bağçasında köməksiz vəziyyətdə qalan üç nəfər xilas edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR