İstanbulda meşədə yanğın söndürülüb - YENİLƏNİB

İstanbulda meşədə yanğın söndürülüb - YENİLƏNİB
# 03 iyul 2022 15:02 (UTC +04:00)

İstanbulun Beykoz rayonunda meşədə başlayan yanğın yaşayış evləri üçün təhlükə yaradıb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, yaşayış evlərinin yaxınlığında baş verən yanğının söndürülməsinə yanğınsöndürənlər və yanğınsöndürmə maşınları ilə bərabər helikopterlər də cəlb olunub.

Yanğının evlərə keçməsinin qarşısı alınıb.

Qısa müddətdə lokallaşdırılan yanğın artıq söndürülüb.

***

saat 13.34

İstanbulun Beykoz rayonunda meşədə yanğın başlayıb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, hadisə yerinə çoxlu sayda yanğınsöndürən cəlb olunub.

Yanğına havadan helikopterlərlə müdaxilə edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR