İzmirdə meşə yanğınları nəzarət altına alınıb - YENİLƏNİB

İzmirdə meşə yanğınları nəzarət altına alınıb - YENİLƏNİB
# 03 iyul 2022 18:31 (UTC +04:00)

Türkiyənin İzmir əyalətinin Ödemiş rayonunda da meşə yanğını nəzarət altına alınıb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə İzmir Meşə Regional Müdirliyi məlumat yayıb.

Saat 14.00-da bilinməyən səbəbdən başlayan yanğının söndürülməsinə 4 helikopter, 3 təyyarə və 20 yanğınsöndürən maşın cəlb olunub. Yanğının 149 dəqiqə ərzində nəzarət altına alındığı açıqlanıb.

Qeyd edək ki, yerli vaxtla saat 14.30-da Seferihisarda meşədə başlayan yanğın da nəzarət altına alınıb.

***

saat 17.37

Türkiyənin İzmir əyalətinin Ödemiş və Seferihisar rayonlarında meşədə yanğın olub.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, Seferihisarda yanğın əsasən nəzarət altına alınıb, havadan və qurudan müdaxilə davam edir.

Ödəmiş rayonunda yanğının söndürülməsi üçün isə hadisə yerinə İzmir Meşə Regional Müdirliyinə məxsus 4 helikopter, 3 təyyarə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR