İndoneziya sahillərində 5,9 bal gücündə zəlzələ olub

İndoneziya sahillərində 5,9 bal gücündə zəlzələ olub
# 22 sentyabr 2019 06:05 (UTC +04:00)

İndoneziyanın Yamden adasının sahillərində 5,9 bal gücündə zəlzələ baş verib.

APA "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji Araşdırmalar Xidməti məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri Saumlaki kəndindən 186 km şimal-qərbdə, onun ocağı isə 48,5 km dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar, dağıntılar və ya sunami təhlükəsi barədə məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR