İranın Hörmüz boğazında ikinci Britaniya tankerini saxladığı ehtimal edilir

İranın Hörmüz boğazında ikinci Britaniya tankerini saxladığı ehtimal edilir
# 20 iyul 2019 00:30 (UTC +04:00)

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən Hörmüz boğazında bir deyil, iki Britaniya tankerinin saxlanıldığı güman edilir.

APA “Reuters”ə istinadən xəbər verir ki, Liberiya bayrağı altında üzən “Mesdar” gəmisi Hörmüz boğazına daxil olduqdan sonra qəfildən istiqamətini dəyişib və İrana doğru hərəkət edib.

Bildirilir ki, tanker “Stena Impero” gəmisi SEPAH qüvvələri tərəfindən saxlanıldıqdan 40 dəqiqə sonra eyni marşrut üzrə istiqamətini dəyişib. İran tərəfi hələlik ikinci gəminin saxlanılması barədə rəsmi açıqlama verməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR