İranın Qərbi Azərbaycan əyalətində zəlzələ zamanı evlərə ziyan dəyib

İranın Qərbi Azərbaycan əyalətində zəlzələ zamanı evlərə ziyan dəyib
# 16 sentyabr 2019 10:46 (UTC +04:00)

Ötən gecə İranın Qərbi Azərbaycan əyalətində baş vermiş zəlzələ zamanı evlərə ziyan dəyib.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Qərbi Azərbaycan əyalətinin Qızıl Aypara Cəmiyyətinin baş direktoru Səid Rəhbər deyib.

Onun sözlərinə görə, ötən gecə baş vermiş 4 bal gücündə zəlzələdə Siyəh Çeşmə bölgəsində 53 evə ziyan dəyib, bəzi evlərdə çatlar əmələ gəlib.

S. Rəhbər bildirib ki, zəlzələ zamanı xəsarət alan olmayıb. Hazırda hadisə yerinə xilasedicilər və yardım dəstələri göndərilib.

Qeyd edək ki, ötən gecə saat 20:00 radələrində İranın Qərbi Azərbaycan əyalətinin Şiyəh Çeşmə bölgəsində 4 bal gücündə zəlzələ baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR