İraqın şimalında Türkiyə ordusunun iki əsgəri şəhid olub

İraqın şimalında Türkiyə ordusunun iki əsgəri şəhid olub
# 23 sentyabr 2019 14:48 (UTC +04:00)

İraqın şimalında Türkiyə ordusunun iki əsgəri şəhid olub.

APA-nın “Hürriyət” qəzetinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İraqın şimalında hərbi konvoyun keçdiyi ərazidə PKK terror təşkilatı tərəfindən kustar üsulla hazırlanmış partlayıcı qurğunun işə düşməsi nəticəsində Türkiyə Silahlı Qüvvələrinin iki əsgəri şəhid olub.

Hazırda bölgədə hərbi əməliyyatlar davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR