Kabildə stadionda partlayış olub

Kabildə stadionda partlayış olub
# 29 iyul 2022 17:00 (UTC +04:00)

Əfqanıstanda stadionda partlayış olub.

APA Əfqanıstan mətbuatına istinadən xəbər verir ki, partlayış Kabilin 8-ci rayonunda yerləşən kriket stadionunda baş verib.

Şahidlərin sözlərinə görə, partlayış baş verən anda stadionda oyun keçirilirmiş.

Kabilin polis departamenti də partlayışın baş verdiyini təsdiqləyib.

İtkilər barədə hələ ki məlumat yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR