Kabildəki partlayışda rusiyalı diplomat və səfirliyin mühafizəçisi yaralanıb - YENİLƏNİB - VİDEO

Rusiyanın Kabildəki səfirliyi

© APA | Rusiyanın Kabildəki səfirliyi

# 05 sentyabr 2022 12:35 (UTC +04:00)

Kabildəki Rusiya səfirliyinin yaxınlığında baş verən partlayış nəticəsində iki rusiyalı - bir diplomat və səfirliyin mühafizəçisi yaralanıb.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə RİA Novosti-yə mənbə bildirib.

Agentliyin həmsöhbətinin sözlərinə görə, hadisə rusiyalı diplomatın viza üçün növbədə olan insanların yanına getdiyi zaman baş verib.

“Partlayış nəticəsində 15-20 nəfər ölüb və ya yaralanıb.
Reuters-in polisə istinadən verdiyi xəbərə görə, kamikadze binaya yaxınlaşmağa çalışsa da, o, mühafizəçi tərəfindən öldürülüb.

Səfirlikdəki mənbə RİA Novosti-yə partlayışın olduğunu təsdiqləyib

11:37

Rusiyanın Əfqanıstandakı səfirliyinin yaxınlığında partlayış olub.

APA "Khaama Press"ə istinadən xəbər verir ki, partlayış Kabilin Darul Salam rayonunda baş verib.

Partlayışın terrorçu-kamikadze tərəfindən törədildiyi təxmin edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR