Kalın: “Türkiyə Suriyanın şimalında ABŞ və Rusiya qüvvələrini hədəf almayıb”

Kalın: “Türkiyə Suriyanın şimalında ABŞ və Rusiya qüvvələrini hədəf almayıb”
# 04 dekabr 2022 20:52 (UTC +04:00)

Suriya ərazisində olan PKK/YPG terrorçuları Ankara üçün legitim hədəfdir.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın “Al Jazeera” kanalına müsahibəsində bildirib.

O, Türkiyənin Suriyanın şimalında apardığı antiterror əməliyyatının ABŞ və Rusiya qüvvələrini hədəf almadığını vurğulayıb:

“Biz onlara terrorçulardan uzaq məsafədə yerləşin deyirik. Müttəfiqlərimiz olan amerikalıları, mülki insanları, rusları, iranlıları və ya digərlərini hədəf almayacağımızı və hədəflərimizin konkret olaraq PKK, PYD/YPG ünsürləri olduğunu bildirmişik”.

Kalın, həmçinin, əlavə edib ki, Türkiyə milli təhlükəsizlik məsələsi ilə üzləşən zaman kimdənsə icazə almaq niyyətində deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR