"Kia Motors"un satışları azalıb

"Kia Motors"un satışları azalıb
# 23 iyul 2019 14:36 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında Cənubi Koreyanın avtomobil istehsalçısı olan “Kia Motors” şirkətinin xalis mənfəəti ötən ilin analoji dövrü ilə müqayisədə 1,5 dəfə artaraq 1,154 trln. Koreya vonuna (981 mln. ABŞ dolları) təşkil edib.

APA-Economics”in şirkətin dərc etdiyi maliyyə hesabatına istinadən verdiyi məlumata görə, cari iln ilk yarısında şirkətin gəliri illik müqayisədə 1,2% artaraq 26,951 trln. von (23 mlrd. dollar) olub. Buna baxmayaraq, hesabat dövründə “Kia Motors”un satış həcmi ötən ilin yanvar-iyun aylarına nisbətən 2,4% azalaraq 1,353 mln. avtomobil təşkil edib. Bununla belə, Cənubi Koreyada satışlar 9,3%, digər ölkələrdə isə 0,8% azalıb.

Cari ilin II rübündə şirkətin xalis mənfəəti təxminən 1,5 dəfə artıb və 505,4 mlrd. vona (429 mln. dollar) çatıb. Gəlirlər isə 3,2% artaraq 14,507 trln. von (12,3 mlrd. dollar) təşkil edib. Hesabat dövründə “Kia Motors” 702 733 avtomobil realizə edib ki, bu da illik müqayisədə 5% azalma deməkdir. Ölkə daxilində satış həcmi 10,9%, digər ölkələrdə isə 3,6% azalıb.

“Kia Motors”un satışlarının azalması fonunda gəlirinin artması valyuta məzənnələrinin fərqi və ABŞ-da satışların artımı ilə əlaqədardır.

Qeyd edək ki, “Kia Motors” 1944-cü ildə təsis olunub. Şirkət hər il təxminən 3 mln. avtomobil istehsal edir. Hazırda “Kia”nın 5 ölkədə 14 zavodu fəaliyyət göstərir. Şirkətdə 51 nəfər insan çalışır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR