Kim Çen In koronavirusa yoluxub

Kim Çen In

© APA | Kim Çen In

# 11 avqust 2022 10:37 (UTC +04:00)

Şimali Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In COVID-19-a yoluxub.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Şimali Koreya liderinin kiçik bacısı Kim Yo Çjon bildirib.

Koreya Fəhlə Partiyasının təbliğat və təşviqat şöbəsinin sədr müavini postunu tutan xanım Çjon Kim Çen Inın artıq sağaldığını, xəstə olduğu vaxtlarda bir dəqiqə belə işindən ayrılmadığını vurğulayıb.

Qeyd edək ki, Şimali Koreya lideri epidemiya əleyhinə müşavirədə ölkəsinin koronovirus infeksiyasına qalib gəldiyini bəyan edib.

Məlumatlara görə, bu il aprel ayının sonundan - Şimali Koreyada koronovirus pandemiyası qeydə alınandan ölkədə ümumilikdə 4.77 milyon nəfər bu virusa yoluxub. Onlardan 99,99%-i sağalıb, cəmi 74 nəfər ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR