Kim Çen In Şimali Koreyaya qayıdıb

Kim Çen In Şimali Koreyaya qayıdıb
# 19 sentyabr 2023 05:57 (UTC +04:00)

Şimali Koreya lideri Kim Çen In altı günlük Rusiya səfərindən sonra Pxenyana qayıdıb.

APA xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat yayıb.

Agentliyin məlumatına görə, sentyabrın 18-də səhər saatlarında Kim Çen In xüsusi qatarı ilə Rusiya ilə sərhədə yaxın yerləşən Tumanqan sərhəd dəmir yolu stansiyasına gedib.

Qeyd olunur ki, KXDR rəhbərinin Rusiyaya budəfəki səfəri Rusiya prezidenti Vladimir Putin, “Rusiya hökuməti və xalqı ilə yoldaşlıq və dostluq bağlarını daha da möhkəmləndirdi, həmçinin Koreya-Rusiya münasibətlərinin inkişafında yeni səhifə açdı".

Sentyabrın 17-də Kim Çen Inın Rusiyaya rəsmi səfəri başa çatıb. Şimali Koreya lideri Kim Çen In sentyabrın 11-də Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün qatarla Rusiyaya gedib. Sentyabrın 13-də iki lider "Vostochnıy" kosmodromunda görüşüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR