Kim Çen Inın bacısı: Pxenyan tezliklə orbitə yeni kəşfiyyat peyki çıxaracaq

Kim Çen Inın bacısı: Pxenyan tezliklə orbitə yeni kəşfiyyat peyki çıxaracaq
# 01 iyun 2023 04:44 (UTC +04:00)

Pxenyan tezliklə kəşfiyyat peyki ilə daşıyıcı raketi yenidən orbitə buraxacaq.

APA xəbər verir ki, bu barədə Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Jonq bildirib.

Kim Yo Jonq bildirib ki, hərbi kəşfiyyat peyki tezliklə orbitə çıxarılacaq və öz vəzifələrini yerinə yetirməyə başlayacaq.

O, bundan əvvəlki peyk buraxılışı zamanı uğursuzluqdan da danışıb və bildirib ki, bu vəziyyət Şimali Koreyaya qarşı başlayan ikiüzlü tənqiddir.

Kim Yo Jonq ABŞ və digər ölkələrin minlərlə peyk buraxdıqlarına görə qınayıb.

ABŞ və onun müttəfiqləri bildrib ki, KXDR-in kəşfiyyat imkanları narahatlıq yaradır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR