KİV: Blinkenin Çinə səfəri planlaşdırılır

KİV: Blinkenin Çinə səfəri planlaşdırılır
# 06 iyun 2023 19:44 (UTC +04:00)

ABŞ Dövlət katibi Entoni Blinken qarşıdakı həftələrdə danışıqlar aparmaq məqsədilə Çinə səfər planlaşdırır.

APA “Reuters”ə istinadən xəbər verir ki, bu barədə adı açıqlanmayan ABŞ rəsmisi bildirib. Bununla belə, səfərin konkret tarixi açıqlanmayıb.

ABŞ Dövlət Departamentinin mətbuat xidməti rəhbərinin müavini Vedant Patel səfəri təsdiqləməyib, lakin qeyd edib ki, şərtlər imkan verdiyi təqdirdə daha əvvəl ləğv edilmiş səfər üçün yeni tarix müəyyən edilə bilər.

Xatırladaq ki, ABŞ dövlət katibinin Pekinə səfəri Çinə məxsus hava şarının ABŞ-a daxil olması və ABŞ ordusu tərəfindən vurulmasından sonra ləğv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR