KİV: Əfqanıstanda kəskin soyuq səbəbindən 157 nəfər ölüb

Əfqanıstan

© APA | Əfqanıstan

# 25 yanvar 2023 13:15 (UTC +04:00)

Əfqanıstanda qeydə alınan anomal soyuq hava şəraiti ilə əlaqədar ölənlərin sayı 157 nəfərə çatıb.

APA CNN-ə istinadən xəbər verir ki, bu barədə Əfqanıstanda hakimiyyəti ələ keçirmiş radikal Taliban hərəkatının nümayəndəsi məlumat yayıb.

Bildirilib ki, temperaturun kəskin şəkildə aşağı düşməsi nəticəsində donaraq ölənlərin sayı bir həftə ərzində iki dəfə artıb.

Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələləri Koordinasiya Ofisinin (UN OCHA) bir müddət öncə Əfqanıstan əhalisinə yardım məqsədilə 565 min nəfər üçün nəzərdə tutulmuş müxtəlif istilik ləvazimatları, istilik cihazları və sığınacaqların paylanmasına başladığını bildirmişdi.

Xatırladaq ki, bu ilin əvvəlindən etibarən Əfqanıstanda kəskin soyuqlar qeydə alınıb. Belə ki, havanın temperaturu 28 dərəcə şaxtaya enib və Əfqanıstanda ilin bu dövrü üçün ən sırt qış yaşanır. UN OCHA məlumat yaymışdı ki, temperaturun belə sərt şəkildə dəyişməsinin mənfi təsiri humanitar böhranı daha da gücləndirir və hazırda 30 milyon insanın (ölkə əhalisinin təxminən üçdə ikisi) həyatını xilas etmək üçün yardıma ehtiyac var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR