KİV: Ərəb koalisiyası Yəmənin paytaxtını bombaladığını elan edib

KİV: Ərəb koalisiyası Yəmənin paytaxtını bombaladığını elan edib
# 18 yanvar 2022 02:20 (UTC +04:00)

Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyası bazar ertəsi axşam “Ənsar Allah” şiə hərəkatının Birləşmiş Ərəb Əmirliyinin ərazisinə endirdiyi zərbələrə cavab olaraq Yəmənin paytaxtı Sənanı bombalamağa başladığını elan edib.

APA “Sky News Arabia” telekanalına istinadən xəbər verir ki, koalisiya endirdiyi hava zərbələrini “təhdid və hərbi zərurətə cavab” kimi adlandırıb. Qeyd edilib ki, əsasən “terrorçu liderlər” hədəf götürülüb.

"Koalisiya hava qüvvələri Səna səmasında gecə-gündüz əməliyyat keçirir... Biz mülki insanları təhlükəsizlikləri üçün hərbi düşərgələrdən və husilərin toplaşdığı yerlərdən uzaq durmağa çağırırıq", - deyə koalisiyanın bəyanatında bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR