KİV: Əsgər Akayev Qırğızıstanı tərk edib

Əsgər Akayev

© APA | Əsgər Akayev

# 20 dekabr 2021 11:07 (UTC +04:00)

Qırğızıstanın sabiq prezidenti Əsgər Akayev Bişkeki tərk edərək Moskvaya qayıdıb.

APA RİA Novosti agentliyinə istinadən xəbər verir ki, Qırğızıstan Prokurorluğu eks-prezident barəsində “Kumtor” qızıl yatağının işlənməsində yol verilmiş qanunsuzluqlarla bağlı başlanmış cinayət işinə xitam verib.

Xatırladaq ki, 16 ildir Moskvada yaşayan Ə. Akayev dekbarın 14-də oğlu İlimlə birlikdə istintaqın ona ünvanladığı suallara cavab vermək üçün Qırğızıstana gəlmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR