KİV: Hindistan və Çin bir-birinin jurnalistlərini ölkədən çıxarıb

KİV: Hindistan və Çin bir-birinin jurnalistlərini ölkədən çıxarıb
# 31 may 2023 13:46 (UTC +04:00)

Hindistan və Çin bir-birinin jurnalistlərini ölkədən çıxarıb.

APA xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri yazıb.

Məlumatda deyilir ki, Hindistan hakimiyyəti ölkədə qalan son iki Çin dövlət media qurumu (Xinhua News Agency və China Central Television) jurnalistlərinin viza müddətini uzatmaqdan imtina edib.

Həmçinin əlavə olunub ki, Çində qalan son hindistanlı jurnalistin akkreditasiyası may ayında ləğv edilib.

Xatırladaq ki, Çin Xarici İşlər Nazirliyi bu gün Hindistanda çinli jurnalistlərin təqib edildiyini açıqlayıb, lakin vəziyyəti həll etməyə hazır olduğunu qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR