KİV: İndoneziyanın müdafiə naziri Ukrayna səfirini qəbul edib

KİV: İndoneziyanın müdafiə naziri Ukrayna səfirini qəbul edib
# 07 iyun 2023 14:37 (UTC +04:00)

İndoneziyanın müdafiə naziri Prabovo Subianto Ukraynanın Cakartadakı səfiri Vasili Qamyanin ilə görüş keçirib.

APA xəbər verir ki, bu barədə “The Jakarta Post” nəşri məlumat yayıb.

Bildirilir ki, görüş indoneziyalı nazirin Ukraynadakı münaqişənin sülh yolu ilə həlli üçün təklifindən sonra baş tutub, lakin Subiantonun müzakirə zamanı sülh planı mövzusuna toxunub-toxunmaması ilə bağlı rəsmi təfərrüatlar açıqlanmayıb.

Məlumata əsasən, tərəflər beynəlxalq problemləri müzakirə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR