KİV: İran parlamenti dövlətin ŞƏT-ə qəbulu haqqında qanun layihəsini təsdiqləyib

KİV: İran parlamenti dövlətin ŞƏT-ə qəbulu haqqında qanun layihəsini təsdiqləyib
# 27 noyabr 2022 13:27 (UTC +04:00)

İran Məclisi (parlamenti) səs çoxluğu ilə İslam Respublikasının Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) qoşulması haqqında qanun layihəsini təsdiqləyib.

APA xəbər verir ki, bu barədə bazar günü Mehr agentliyi məlumat yayıb.

Məlumata görə, qanun layihəsinin lehinə 205 deputat səs verib, 3 nəfər əleyhinə çıxıb, 4 nəfər isə bitərəf qalıb.

İran Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının rəsmi nümayəndəsi Əbülfəzl Amuyi bildirib ki, İran təşkilat tərəfindən indiyədək qəbul edilmiş bütün sənədləri təsdiqləyir. "Əgər ŞƏT yaxın gələcəkdə hər hansı yeni sənəd qəbul edərsə, Məclis də buna baxıb təsdiq etməli olacaq", - Amuyi vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR