KİV: İraqda aeroporta hava zərbəsi nəticəsində azı 6 nəfər ölüb

KİV: İraqda aeroporta hava zərbəsi nəticəsində azı 6 nəfər ölüb
# 18 sentyabr 2023 19:34 (UTC +04:00)

İraqda hava limanına endirilən zərbə nəticəsində azı 6 nəfər həlak olub.

APA xəbər verir ki, bu barədə “Reuters” agentliyi hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, zərbə İraqın şimal-şərqindəki Süleymaniyyə əyalətinin Ərbil şəhərindəki hərbi aerodroma endirilib və PUA vasitəsilə həyata keçirilib.

Hadisə yerinə təcili tibbi yardım maşınları cəlb edilib.

Ölən və yaralananların sayı barədə dəqiq məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR