KİV: İsrail Misirin vasitəçiliyi ilə Qəzzada atəşkəslə bağlı danışıqlar aparır

KİV: İsrail Misirin vasitəçiliyi ilə Qəzzada atəşkəslə bağlı danışıqlar aparır
# 07 avqust 2022 15:49 (UTC +04:00)

İsrail Misirin vasitəçiliyi ilə Qəzza zolağında atəşkəslə bağlı danışıqlar aparır.

APA xəbər verir ki, bu barədə The Jerusalem Post məlumat yayıb.

Qeyd edək ki, cümə günü İsrail ordusu “İslami Cihad” terror təşkilatına qarşı əməliyyata başlayıb.

Diplomatik mənbələrdən verilən məlumata görə, İsrail Qəzzada Sübh əməliyyatının sona çatması ilə bağlı atəşkəs haqqında danışıqlar aparır. İsrail rəsmiləri hələlik bu xəbərlərə rəsmi münasibət bildirməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR