KİV: Myanmada hüquq-mühafizə orqanlarının maşını nümayişçiləri vurub, 5 nəfər həlak olub

KİV: Myanmada hüquq-mühafizə orqanlarının maşını nümayişçiləri vurub,  5 nəfər həlak olub
# 05 dekabr 2021 15:32 (UTC +04:00)

Myanmanın Yanqon şəhərində hüquq-mühafizə orqanlarının maşınının nümayişçilərin kütləsini vurması nəticəsində ən azı 5 nəfər həlak olub.

APA bildirir ki, bu barədə şahidlərə istinadən “Myanmar Now” qəzeti məlumat yayıb.

Məlumata görə, azı 15 aksiya iştirakçısı həbs edilib.

Reuters agentliyinin verdiyi məlumatda isə bildirilir ki, insident nəticəsində onlarla insan yaralanıb.

Qeyd edək ki, 2021-ci il fevralın 1-də Myanma ordusu bir illik fövqəladə vəziyyət elan edib və ölkə rəhbərliyinin, o cümlədən prezident Vin Myin və Dövlət müşaviri Aung San Suu Kyi-nin istefasını elan edib.

Ordu rəsmiləri bunu 2020-ci ilin noyabrında keçiriləcək ümumi parlament seçkiləri ilə müşayiət olunduğunu iddia etdikləri irimiqyaslı saxtakarlıqla əlaqələndiriblər.

Fevralın əvvəlindən ölkədə mülki hökumətin yerdəyişməsinə qarşı etirazlar davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR